• şənbə, 20 Aprel, 13:36
  • Baku Bakı 23°C

Bakıda mənzildən meyit tapıldı

04.09.13 16:16 1213
Bakıda mənzildən meyit tapıldı
Bu gün Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər kişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən zərərçəkmiş döşəmədə huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı zərərçəkmiş, 1971-ci il təvəllüdlü Eynullayev Məcid Kamil oğlunun vəfat etdiyi müəyyən olunub. Xilasedicilər cəsədi hadisə yerində olan Hüquq Mühafizə orqanlarının əməkdaşlarına təhvil verilməsini təmin ediblər. Əməliyyat saat 15:10-da başa çatıb.
banner

Oxşar Xəbərlər