• cümə, 19 Aprel, 04:41
  • Baku Bakı 18°C

Bakıda mənzildə yanğın olub, sakinlər təxliyə edilib

27.03.18 20:32 790
Bakıda mənzildə yanğın olub, sakinlər təxliyə edilib
Bakının Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 55 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 5 m² sahədə əriyib.

FHN-dən APA-ya verilən məlumata görə, yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
banner

Oxşar Xəbərlər