• cümə axşamı, 28 mart, 23:50
  • Baku Bakı 13°C

Bakıda mənzil bazarında aktivlik aşağı olsa da qiymətlər düşmür

27.12.20 14:45 459
Bakıda mənzil bazarında aktivlik aşağı olsa da qiymətlər düşmür
Son dövrlərdə Bakıda mənzil bazarında aşağı aktivlik qeydə alınıb. Aktivliyi qismən yalnız ipoteka kreditlərinin hesabına qoruyub saxlamaq mümkün olub. İlkin mərhələdə pandemiya səbəbindən qəbul olunan sərt inzibati qərarlar, onun ardınca Vətən müharibəsi, koronavirusun ikinci dalğası mənzil bazarında ciddi təsirləri ilə müşahidə olunub.
Bunu Trend-ə daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
O qeyd edib ki, bütün bu proseslərə baxmayaraq, mənzil bazarında qiymətlər aşağı düşməyib: "Yəni nə mənzil bazarında, nə digər seqmentlərdə əhəmiyyətli qiymət azalmaları var. Nisbi qiymət dəyişmələri müşahidə olunub ki, bu da qısamüddətli bir dövrü əhatə etdiyi üçün orta qiymətə təsir etməyib.
Yəni bütün proseslər daşınmaz əmlak bazarında aktivliyin aşağı olduğu, lakin qiymətin daha çox sabit qalması ilə müşahidə olunur və bu əslində iqtisadi nəzəriyyədən kənar bir prosesdir. Çünki aktivlik aşağı olduğu halda qiymətlər də ucuzlaşmalıdır, lakin qiymətlər daha çox sabit qalıb”.
banner

Oxşar Xəbərlər