• cümə, 19 Aprel, 01:07
  • Baku Bakı 18°C

Bakıda məktəbli taksi sürücüsünü ciyərindən bıçaqladı

27.08.13 11:26 1150
Bakıda məktəbli taksi sürücüsünü ciyərindən bıçaqladı
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a daxil olan məlumatda deyilir ki, Qaraçuxur qəsəbəsi Şərq yaşayış sahəsində qəsəbə sakini Ömər Talıbov bıçaqlanıb. Yaralı 3 saylı xəstəxanaya yerləşdirilib. Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Mirzəyev tutulub.
Suraxanı Rayon Polis İdarəsindən bildirildi ki, 16 yaşlı Elvin Mirzəyev Suraxanı rayonundakı 146 saylı orta məktəbin 9-cu sinif şagirdidir. Onun taksi sürücüsü işləyən 26 yaşlı Ömər Talıbovla məhəllə söhbətü üstündə mübahisəsi düşüb. Ömərə məhəlləsinə tez-tez gəlməsini irad tutan məktəbli bıçağı onun ağ ciyərinə sancıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
banner

Oxşar Xəbərlər