• cümə axşamı, 28 mart, 23:33
  • Baku Bakı 13°C

Bakıda Meksikanın Müstəqillik Günün üçüncü dəfə qeyd olundu

18.09.17 11:30 1026
Bakıda Meksikanın Müstəqillik Günün üçüncü dəfə qeyd olundu
Meksikada müstəqillik naminə müharibənin başlanğıcı kimi tanınan Qrito de Dolores mərasimi Azərbaycan paytaxtının sakinləri və qonaqları üçün artıq bir ənənəyə çevrildi. Adətə görə, keşiş Migel İdalqo i Kostiya (Miguel Hidalgo y Costilla) kilsəyə gələn insanları 15 sentyabr 1810-cu il tarixində Yeni İspaniyanın rəhbərliyini tanımamağa və ona qarşı çıxmağa çağıraraq, Dolores kilsəsindəki zınqrovlardan birini vurur. Hazırda həmin kilsənin yerləşdiyi yer Dolores İdalqo bələdiyyəsi, Quanaxuato ştatıdır.
Milli Günün qeyd olunması münasibətilə Meksikanın Azərbaycandakı Səfirliyi rəsmi qəbul təşkil edib. Tədbirin əvvəlində Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini nitq ilə çıxış edib. İlk öncə Səfir Meksikada sentyabrın 8-də baş vermiş zəlzələnin qurbanları üçün öz dərin kədərini ifadə etdi. Daha sonra, Meksika ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə ümumi baxış keçirdi, müxtəlif əməkdaşlıq sahələri üzrə nailiyyətlərdən və perspektivlərdən danışdı.
Diplomat Meksika iqtisadiyyatı barədə bəzi vacib məlumatları, habelə Azərbaycan ilə ikitərəfli ticarətin göstəricilərini vurğuladı: "İkitərəfli ticarət artıb. Meksikanın statistik göstəricilərinə əsasən 2014-cü ildə ikitərəfli ticarət həcmi 2 milyon dollardan bir qədər az idi. Azərbaycan tərəfinin təqdim etdiyi statistikaya görə 2015-ci ildə bu göstərici 22 milyondan çox olmuşdu, 2016-cı ildə isə rəqəmlər oxşar idi. Bu orta illik göstəricilərinin artmasını göstərir” – səfir Labardini qeyd etdi.
Meksika və Azərbaycan ticarət, nəqliyyat və tranzit, habelə energetika sahəsində əhəmiyyətli mərkəzlərə çevrilərək, müvafiq regionların vacib iştirakçılarıdır. Coğrafi məsafə ikitərəfli əməkdaşlığa maneə deyil. Əksinə, bir çox sektorlarda əməkdaşlıq etmək üçün imkanların geniş spektrini göstərir: neft və qaz, ticarət, turizm, mədəniyyət, idman və s. Təcrübə və fikir mübadiləsi, qarşılıqlı səfərlər və hüquqi bazanın möhkəmlənməsi ikitərəfli münasibətlərin gücləndirilməsində vacib faktorlardır.
Səfirliklərin məhsuldar fəaliyyəti nəticəsində hər iki xalq bir-birini daha yaxşı tanıdı və daha yaxın oldu. Burada milli mədəniyyətin müxtəlif sahələrində tədbirlərin keçirilməsi yüksək qiymətləndirilir: musiqi, rəssamlıq, heykəltəraşlıq, rəqs, milli mətbəx və s. Bu il ərzində Meksikanın Azərbaycandakı Səfirliyi onlardan bir neçəsini təşkil etdi: dünya şöhrətli rəqqasə və kastanyet ifaçısı Sonia Amelionun təqdimatı, Dieqo Rivero və Frida Kalonun həyatına həsr olunmuş foto-sərgi, eyni zamanda, XX əsrin bu böyük rəssamının sevgisi və ağrısı haqqında hekayə meksikalı aktrisa Ana Alisia Salas tərəfindən ilk dəfə idi ki, Bakıda təqdim olundu. Həmçinin, azərbaycanlılar, müvafiq olaraq, Xaçmaz və Qəbələ şəhərlərində baş tutan festivallarda "meksika dolması” – tamal təamını və çili mürrəbbəsini tanımaq imkanını əldə etdilər. Bu, publikada böyük maraq oyadan mədəni nümunələrinin bir hissəsidir.
Meksika ilə Azərbaycan arasında diplomatik münasibətlər 10 fevral 1992 il tarixində qurulmuşdur. Azərbaycanın Latın Amerikasında ilk səfirliyi 2007-ci ildə Meksikada açılmışdır, və yeddi il sonra, 2014-cü ildə Meksika Qafqazdakı ilk səfirliyini məhz Azərbaycanda açdı.
banner

Oxşar Xəbərlər