• çərşənbə axşamı, 23 aprel, 10:29
  • Baku Bakı 20°C

Bakıda Meksikanın Müstəqillik Günü qeyd olunur

15.09.16 15:16 1341
Bakıda Meksikanın Müstəqillik Günü qeyd olunur
Sentyabr ayının 15-də Meksikanın Azərbaycandakı Səfirliyi Bakıda ölkəsinin Müstəqillik Gününü qeyd edir. Artıq ikinci dəfədir ki, Azərbaycanın paytaxtında bu mərasim baş tutur. Seəfirlikdən "Kaspi” qəzetinə daxil olan məlumatda bildirilir ki, Meksika ilə Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. Hər iki ölkənin Səfirlikləri Mexiko şəhəri və Bakıda müvafiq olaraq 2007-ci və 2014-ci illərdə açılıb. Bununla da müxtəlif sahələr üzrə ikitərəfli əlaqələrin inkişafına təkan verilib: ticarət, təhsil, mədəniyyət və s. "Bugün Meksika, digər xüsusiyyətləri arasında, dünyanın 14-cü iqtisadiyyatı olduğundan beynəlxalq arenada xüsusi bir yer tutur. Mexiko şəhəri ölkənin ən vacib və Latın Amerikanın boyük nüfuza malik bir iqtisadi və maliyyə mərkəzidir. Son illərdə ölkənin bir sıra sahələri yüksək dərəcədə inkişaf edib: digərilərlə yanaşı, ticarət, turizm, kənd təsərrüfati, avtomobil, elektronika və kosmik sənayələri”. Məlumatda bildirilir ki, müasir dünyada tutduğu mövqe ilə yanaşı, Meksika xalqının minilliklər tarixi vardır. Belə ki, ölkənin mədəniyyəti və adətlərinin kökləri qədim zamanlara yönəlir. "Meksika mədəniyyəti özündə xalqın fərqləndirici cəhətlərini qoruyur və nümayiş edir və bunun ölkə ərazisinin ilk sakinləri olan yerli qədim xalqların mədəniyyətinə əsasladığını göstərir. Meksika hal-hazırda dünyada bir sıra məhşur məhsulların vətənidir: qarğıdalı, pomidor, lobya, vanil, şokolad, tekila və s.”
Oktyabr ayının 1-də Meksika Səfirliyi Azərbaycandakı fəaliyyətinin 2-ci ilini qeyd edəcək. Sözügedən müddət ərzində bu Diplomatik Nümayəndəlik Meksika mədəniyyəti, mətbəxi, kinosu, incəsənəti və turizm sahəsini daha yaxından tanımaq imkanını yaradan müxtəlif tədbirləri təşkil edib. Qeyd olunan tədbirlər yalnız ölkə paytaxtı olan Bakı şəhərində yox, həmçinin Azərbaycanın müxtəlif rayonlarında baş tutub. Bu ilin iyun ayında meksikalı rəssam Marqarita Moralesin sərgisi Şamaxı, Qəbələ, Mingəçevir və Gəncə şəhərlərində nümayiş olunub. Odlar Yurdundan ilhamlanaraq rəssam bəzi əsərlərini məhz Azərbaycanda yaradıb. "Meksika ilə Azərbaycan dünyanın müvafiq yerlərində yerləşən vacib ölkələrdir. Hər iki ölkə regionlarında nəqliyyat və loqistika mərkəzlərində çevirmişlər. Buna baxmayaraq, bu iki ölkə arasında yeganə oxşarlıq deyil, çünki hər birinin neft və qaz sahələri ilə təbii əlaqələri mövcuddur. Bu sahədə Meksika ilə Azərbaycanın zəngin təcrübələri var və sözügedən sektor üzrə ikitərəfli əməkdaşlıq hər iki tərəf üçün məhsuldar ola bilər. Digər tərəfdən, iki ölkə arasında olan coğrafi məsafənin mövcudluğuna baxmayaraq, əməkdaşlıq üçün mümkün sahələrin axtarışı, təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin həyata keçirilməsi və ikitərəfli hüquqi bazanın genişləndirilməsi xalqlar arasında əlaqələrin inkişafını mümkün edir”.
banner

Oxşar Xəbərlər