• cümə, 26 Aprel, 00:41
  • Baku Bakı 16°C

Bakıda “Media və təhlükəsiz qida” mövzusunda konfrans keçirilib

17.03.18 13:30 651
Bakıda “Media və təhlükəsiz qida” mövzusunda konfrans keçirilib
Bu gün Bakıda "Media və təhlükəsiz qida” mövzusunda konfransı keçirilib.

"APA-Economics”in məlumatına görə, tədbirin keçirilməsində məqsəd Qida Təhlükəsizliyi Agentliyi ilə media orqanları arasında əməkdaşlıq əlaqələrini qurmaq, Agentliyin həyata keçirəcəyi maarifləndirmə işlərində və qida təhlükəsizliyinin istehlakçılar və sahibkarlıq subyektləri arasında düzgün təbliğ edilməsində KİV mənsublarının yaxından iştirakını təmin etməkdir.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov iki qurum arasında əməkdaşlığın vacib olduğunu qeyd edib. Qida Təhlükəsizliyi Agentliyinin 2017-ci ilin fevralın 10-da Azərbaycan prezidentinin fərmanı ilə yaradıldığını deyən Ə.Amaşov qeyd edib ki, agentliyin əsas missiyası keyfiyyət nəzarətinə sertifikatların verilməsidir: "Bu agentlik yeni qurulsa da, artıq onun strukturu yaradılıb. Qurum istehlakçıların qida təhlükəsizliyini qoruyacaq və onların sağlamlıqlarının təminatçısı olacaq”.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə agentliyin bu müddət ərzində gördüyü işlər barədə ətraflı danışıb. O, Agentliyin fəaliyyət istiqamətləri, vəzifələri haqqında geniş məlumat verib.

Q.Təhməzli vurğulayıb ki, agentliyin əsas məqsədi media ilə sıx əməkdaşlıq qurmaq və media vasitəsilə insanların, vətəndaşların sağlamlığını, təhlükəsizliyini təmin etməkdir: "Əsas məqsədimiz qida təhlükəsizliyi ilə bağlı məlumatların peşəkarcasına və düzgün çatdırılmasıdır”.
banner

Oxşar Xəbərlər