• cümə, 19 Aprel, 18:23
  • Baku Bakı 24°C

Bakıda MDB Gömrük xidməti rəhbərləri Şurasının iclası keçirilir

07.11.13 09:18 1281
Bakıda MDB Gömrük xidməti rəhbərləri Şurasının iclası keçirilir
Bu gün Bakıda MDB ölkələrinin Gömrük xidməti rəhbərləri Şurasının Hüquq-mühafizə bölmələri başçıları Komitəsinin 10-cu iclası işə başlayıb.
«APA-Economics»in məlumatına görə, tədbirdə Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın gömrük orqanlarının hüquq-mühafizə bölmələrinin başçıları, eləcə də müşahidəçi qismində Latviya və Estoniya gömrük xidmətinin nümayəndələri iştirak edirlər.
İclasın açılış mərasimində çıxış edən Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev, Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini, MDB Gömrük xidməti rəhbərləri Şurasının Hüquq-mühafizə bölmələri başçıları Komitəsinin sədri Aleksandr Vasilyev və digər şəxslər iştirak edir.
İclasın gündəliyinə əsasən, DGK-nin «Gömrük hüquqpozmaları və qaçaqmalçılığa qarşı mübarizə sahəsində Azərbaycan Dövlət Gömrük Komitəsinin işinin təşkili» mövzusunda təqdimat keçirilib.
Toplantıda Komitənin 9-cu iclasının qərarlarının və 2013-cü il üçün iş planının icrası barədə Katibliyin məlumatı dinlənilib. Bundan başqa, iclas zamanı narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Hüquq-mühafizə bölmələri başçıları Komitəsinin 2012-2014-cü illər üçün iş planının yerinə yetirilməsi haqqında işçi qrupunun hesabatı təqdim olunub.
İclasda həmçinin Ümumdünya Gömrük Təşkilatının MDB ölkələrinin hüquq-mühafizə işi ilə bağlı Regional Əlaqələndirmə Qovşağının (RİLO-Moskva) 2013-cü ildə fəaliyyəti və bu qurumun 2014-cü il üçün iş planının qəbul edilməsi barədə məsələlər nəzərdən keçirilib.
banner

Oxşar Xəbərlər