• cümə axşamı, 28 mart, 13:45
  • Baku Bakı 16°C

Bakıda MDB Antiterror Mərkəzi yanında Elmi-Konsultativ Şuranın iclası keçirilir

05.10.17 11:20 1741
Bakıda MDB Antiterror Mərkəzi yanında Elmi-Konsultativ Şuranın iclası keçirilir
BakıdaMDBölkələrinin hüquq-mühafizə, xüsusi xidmət və təhlükəsizlik orqanları bölmələrinin nümayəndələrininVII regional ekspertlər görüşü vəMDBDövlətləri Antiterror Mərkəzi yanında Elmi-Konsultativ Şuranın genişləndirilmiş plenar iclası keçirilir.

APA-nın məlumatına görə,görüşdəMDBölkələrinin hüquq-mühafizə, xüsusi xidmət orqanları və təhlükəsizlik orqanlarının nümayəndələri, o cümlədən Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər, Ədliyyə nazirlikləri və digər qurumların nümayəndələri iştirak edir.

İlk dəfə bu görüşəBMTTəhlükəsizlik Şurası yanında İŞİD, "Əl-Qaidə” və Taliban terror təşkilatları üzrə monitorinq qrupunun nümayəndələri dəvət olunub.

Tədbirdə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini İsmayıl Bağırov DTX rəisi Mədət Quliyevin tədbir iştirakçılarına salamlarını çatdırıb və tədbirin işinə uğurlar arzulayıb.

MDB-yə üzv ölkələrin Antiterror Mərkəzinin direktor müavini Marat Abdıyev 7-ci konsultasiyanın təşkilinə görə, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə təşəkkür edib. O bildirib ki, bu iclas hər il keçirilir və bu il əsas müzakirə olunacaq mövzu beynəlxalq ekstremist təşkilatlar tərəfindənMDBvətəndaşlarına qarşı həyata keçirilən distant əməkdaşlığa cəlbetməyə qarşı mübarizədir.

Görüşdə distant əməkdaşlığa cəlbetmənin tətbiqi texnologiyaları, distant əməkdaşlığa cəlbetmə fəaliyyətinin regional xüsusiyyətləri kimi məsələlər müzakirə ediləcək.
banner

Oxşar Xəbərlər