• çərşənbə, 24 Aprel, 23:56
  • Baku Bakı 23°C

Bakıda maraqlı oğurluq olub

11.06.13 08:08 1577
Bakıda maraqlı oğurluq olub
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları valyutadəyişmə məntəqəsində qarətə cəhd etmiş iki nəfəri saxlayıb. Saxlanılanlardan biri, 46 yaşlı Əkbərov Natiq Şahlar oğlu tanışının fitvasına getdiyini deyib. Buna səbəb isə onun Ramin Ələsgərov adlı tanışı ilə valyutadəyişmə məntəqəsinə birlikdə hücum etməsi olub. Məntəqəni əvvəlcədən nəzarətdə saxlayan yaxın tanışlar məqam tapan kimi işə başlayıblar. Onların bu planının isə heç bir nəticəsi olmayıb. Ələkbərov Natiq məntəqədən sadəcə 1 dollar tapdıqlarını deyib.
Cinayətə ortaq olan Ramin isə törətdiyi əməlini boynuna almır və üstünə böhtan atıldığını iddia edirdi.
İstintaq araşdırmaları zamanı saxlanılan şəxslərin digər bir dələduzluq faktının üstü açılıb. Belə ki, valyutadəyişmə məntəsindən əliboş çıxan tanışların növbəti hədəfi avtobus dispetçeri olub. Dostlar bu dəfə istədiklərinə nail ola biliblər.
“Axşam idi, bir kişi var, avtobus dispetçeri işləyir. Planı yığır, evə gedir. Blokda kəsdik qabağını, dava düşdü, kulyok cırıldı, dağıldı, padelnikim yerdən 320 manat pul götürdü, böldük”, - deyə Natiq Ələkbərov bildirib.
Artıq faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb. Onların bu kimi diğər cinayətlərinin olub-olması isə istintaqın yekununda məlum olacaq.
banner

Oxşar Xəbərlər