• cümə, 29 Mart, 12:25
  • Baku Bakı 14°C

“Bakıda Macarıstan günləri” keçiriləcək

09.03.17 13:26 1214
“Bakıda Macarıstan günləri” keçiriləcək
Novruz bayramı ərəfəsində, 16-17 mart 2017-ci il tarixində Macarıstan Səfirliyinin Heydər Əliyev Fondu ilə əməkdaşlığı əsasında və Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin himayəsi altında"Bakıda Macarıstan günləri" adlı birgə layihə çərçivəsində bir çox böyük və maraqlı elmi və mədəni tədbirlər təşkil ediləcək.
Səfirlikdən "Kaspi”yə verilən məlumata görə, 16 mart tarixində dəb nümayişi və qastronomiya nümayişləri və martın 17-də Qala-konsert istisna olmaqla tədbirlərin əksəriyyətinə giriş pulsuzdur ("ilk gələnə - ilk xidmət" prinsipi əsasında). Qeyd edək ki, bu tədbirlər üçün Səfirlik və ya Heydər Əliyev Fondu tərəfindən xüsusi dəvətnamələr göndəriləcək.
banner

Oxşar Xəbərlər