• cümə, 29 Mart, 02:34
  • Baku Bakı 7°C

Bakıda lift adamların başına düşdü: ölən və yaralanan var

20.06.13 10:52 1262
Bakıda lift adamların başına düşdü: ölən və yaralanan var
Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Hövsan qəsəbəsi 11/15, ev 10 ünvanında qeydə alınıb.
Həmin ünvanda yerləşən 9-mərtəbəli yaşayış binasının liftini təmir edən ustalar, 1972-ci il təvəllüdlü Elçin Vələd oğlu Əliyev və 1986-cı il təvəllüdlü Aslan Ziyadxan oğlu İslamov liftin altında qalıblar. Nəticədə E. Əliyev aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Ağır yaralanan A. İslamov isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər