• çərşənbə, 24 Aprel, 16:21
  • Baku Bakı 27°C

Bakıda külli miqdarda silah-sursat aşkarlandı - Siyahı

17.01.14 10:31 1537
Bakıda külli miqdarda silah-sursat aşkarlandı - Siyahı
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün səhər saatlarında rayonun Şəmsi Rəhimov küçəsi 54 ünvanında, zibil qutusunun içərisində xeyli sayda silah susat aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Faktla bağlı Fövqəladə Hallar Nazirliyindən APA-ya bildirib ki, yanvarın 17-də 112 Xidmətindən rayonun Ziya Bünyadov prospekti ilə Şəmsi Rəhimov küçəsinin kəsişməsində partlayıcı əşya olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloqları və pirotexniki işlər üzrə mütəxəssisləri hadisə yerinə çıxıblar.
Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, polis şöbəsinin sahə müvəkkili tərəfindən məişət tullantıları olan ərazidə küllü miqdarda silah-sursat aşkar edilib.
Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssisləri hadisə yerinə gəlmiş hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin edib və adıçəkilən əraziyə kənar şəxslərin girişini məhdudlaşdıraraq axtarış əməliyyatına başlayıblar.
Xidmətin mütəxəssisləri tərəfindən aşkar olunmuş aşağıdakı silah-sursatlara baxış zamanı məlum olub ki, döyüş tətbiqinə yararlıdır:
- PQD-9 markalı tank əleyhinə qumbaraatan mərmisi 1 ədəd
- Lülə-6 markalı qumbaraatanı 1 ədəd
- RQD-5 markalı əl qumbarası 37 ədəd
- F-1 markalı əl qumbarası 56 ədəd
- əl qumbarasının UZRQM markalı alışdırıcısı 103 ədəd
- BOQ-17 markalı əl qumbarası 38 ədəd
- 5,45 millimetr çaplı SVD markalı snayper silahı 2 ədəd
- 5,45 millimetr çaplı SVD markalı silahının darağı 1 ədəd
- 5,45 millimetr çaplı AKSU markalı avtomat silah 15 ədəd
- 5,45 millimetr çaplı RPK markalı pulemyot silah 1 ədəd
- 5,45 millimetr çaplı AKA markalı avtomat silah 1 ədəd
- 5,45 millimetr çaplı AKS markalı avtomat silah 6 ədəd
- 7,62 millimetr çaplı AKM markalı avtomat silah 2 ədəd
- 7,62 millimetr çaplı AK markalı avtomatın patronu 23680 ədəd
- 5,45 millimetr çaplı AK markalı avtomatın patronu 6480 ədəd
- 5,6 millimetr çaplı AK markalı avtomatın patronu 26 ədəd
- AK markalı avtomat silah darağı 36 ədəd
- işıqlandırma raketi 5 ədəd
- tüstü şaşkası 4 ədəd
- 16 kalibrli tüfəng 1 ədəd
- TOZ - 8 markalı tüfəng 1 ədəd
- ov tüfənginin qundağı 13 ədəd
- ov tüfənginin lüləsi 14 ədəd
banner

Oxşar Xəbərlər