• cümə, 19 Aprel, 11:42
  • Baku Bakı 13°C

Bakıda kommunal tipli binada yanğın olub

03.10.19 10:08 669
Bakıda kommunal tipli binada yanğın olub
Bakıda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ikimərtəbəli kommunal tipli binanın ikinci mərtəbəsində ümumi sahəsi 30 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları 20 m² sahədə yanıb, ümumi sahəsi 25 m² olan digər mənzilin taxtadan ibarət tavanı 15 m² sahədə qarsalanıb. Hər iki mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər