• cümə axşamı, 28 mart, 16:19
  • Baku Bakı 16°C

Bakıda kişi massajçı qadını öldürüb

11.05.13 12:18 3659
Bakıda kişi massajçı qadını öldürüb
Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Cavadxan küçəsi ev 21, mənzil 54 ünvanında 23 yaşlı Qəhrəman Bədəlov qeyri-rəsmi yaşadığı 33 yaşlı Yeganə Məmmədovanı boğaraq öldürüb.
Q.Bədəlov qadının boynundakı qızıl boyunbağını və evdəki pulları da götürərək polisə təslim olub.
Q.Bədəlov Nizami Rayon Polis İdarəsində kuryer işləyirmiş.
X X X
Nəsimi Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, öldürülən Yeganə Məmmədova masajçı işləyirmiş.
Qəhrəman Bədəlov da əvəllər onun müştərisi olub. Onun yanında masaj olunan vaxt münasibətləri yaranıb və qeyri-rəsmi yaşamağa başlayıblar.
Dünən qətli törədən Qəhrəman qadının qulağlındakı qızıl sırğanı, cibində olan 350 manat pulu götürərək qaçıb.
Qətlin motivi açıqlanmasa da, cinayətin pul üstündə düşməsi ehtimal olunur.
Nəsimi rayon prokuroru Salman Məmmədlinin Milli.Az-ın qətlin motivi ilə bağlı sualına cavabı belə oldu: “Mən jurnalistə telefonla "intervyu" vermirəm, iş müzakirə edirik”.
banner

Oxşar Xəbərlər