• cümə axşamı, 28 mart, 15:42
  • Baku Bakı 16°C

Bakıda kirayə mənzillər bahalaşıb - Səbəb tələbələr

18.10.17 10:35 1794
Bakıda kirayə mənzillər bahalaşıb - Səbəb tələbələr
Bakıda sentyabr ayında kirayə mənzillərin qiyməti bahalaşıb.
"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, kirayə mənzil bazarında qiymətlərdə ay ərzində artım 4,63 faiz təşkil edib.
N.İbrahimov bildirib ki, qiymətlərin artmasına kirayə mənzil bazarında aktivliyin yüksəlməsi səbəb olub.
O qeyd edib ki, ali təhsil müəssisələrində dərslərin başlanması ilə əlaqədar olaraq, Bakıya çoxlu sayda tələbələr gəlir və kirayə mənzil axtarırlar: "Bu baxımdan bazarda aktivlik artır və təbii ki, bu da qiymətlərin yüksəlməsinə səbəb olur”.
Ekspert bildirib ki, növbəti aylarda qiymətlərin stabilləşəcəyi ehtimal edilir.
banner

Oxşar Xəbərlər