• cümə, 29 Mart, 02:56
  • Baku Bakı 7°C

Bakıda "kimyagər" Kamerun vətəndaşının məhkəməsi başlayıb

10.05.17 14:20 1414
Bakıda "kimyagər" Kamerun vətəndaşının məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vambo Aurelienin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA-nın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Prokuror cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
Proses mayın 17-də davam etdiriləcək.
Qeyd edək ki, bu ilin fevralında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən vətəndaştanımadığı şəxslərin onun etimadını qazanaraq 20000 ABŞ dollarını guya xüsusi kimyəvi vasitələrlə 40000 ABŞ dollarına çevirəcəkləri adı ilə aldadaraqpulunu dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib.
İdarə əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Kamerun Respublikasının vətəndaşı Aurelien Vanbo saxlanılıb. O, bir qrup şəxslə əlbir olaraq, beynəlxalq miqyaslı idman yarışları, eləcə də tədbirlər ərəfəsində Bakı şəhərinə çoxlu sayda turistlərin səfər edəcəyinibildiklərindən qeyd olunan üsulla əcnəbi qonaqların və yerli vətəndaşların pullarını mənimsəmək niyyəti ilə Azərbaycana gəldiklərini bildirib.
banner

Oxşar Xəbərlər