• cümə, 29 Mart, 05:51
  • Baku Bakı 7°C

Bakıda kəskin hava hökm sürür

09.02.20 09:11 482
Bakıda kəskin hava hökm sürür
Paytaxtda və Abşeron yarımadasında hava şəraiti ötən gün axşam saatlarından başlayaraq kəskin şəkildə dəyişib.
Trend-in məlumatına görə, gecə saatlarında Bakıda sulu qar və qar yağıb. Şimal-qərb küləyi getdikcə güclənir. Hazırda paytaxtda havanın temperaturu 3 dərəcə isti təşkil edir.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, qar yağacaq. Havanın temperaturu gecə və gündüz 0-3° isti, axşam 1° şaxta olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək.
banner

Oxşar Xəbərlər