• cümə, 26 Aprel, 22:41
  • Baku Bakı 22°C

Bakıda keçmiş məhkum küçədə qadını qarət etdi

05.05.20 12:15 671
Bakıda keçmiş məhkum küçədə qadını qarət etdi
Bakıda qadın küçədə qarət edilib.
Trend-in məlumatına görə, hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində baş verib. Əmircan qəsəbə sakini olan qadın naməlum şəxsin onun mobil telefonunu alaraq qaçması barədə polisə məlumat verib.
Suraxanı rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən soyğunçuluq törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunmuş, 1972-ci il təvəllüdlü Elman Abidov müəyyən olunub.
banner

Oxşar Xəbərlər