• cümə, 29 Mart, 16:48
  • Baku Bakı 14°C

Bakıda kafedə baş vermiş yanğınla bağlı FHN: 3 nəfər ölüb

03.11.18 09:39 686
Bakıda kafedə baş vermiş yanğınla bağlı FHN: 3 nəfər ölüb
Bakı şəhərinin Nərimanov rayonunda yanğın baş verib. Trend-ə FHN-dən verilən məlumata görə, yanğın dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 70 m² olan kafedə qeydə alınıb.
Məlumata görə, kafenin yanar konstruksiyaları 10m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 1989-cu il təvəllüdlü Əliyev Kərəm Əli oğlunun, 1982-ci il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlunun və daha 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub.
banner

Oxşar Xəbərlər