• çərşənbə axşamı, 23 aprel, 12:54
  • Baku Bakı 24°C

Bakıda itkin düşən 13 yaşlı qız tapıldı

11.09.19 10:22 717
Bakıda itkin düşən 13 yaşlı qız tapıldı
Paytaxtda itkin düşən azyaşlı tapılaraq ailəsinə təhvil verilib.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da gecə saatlarında Yeni Suraxanı qəsəbəsində yaşadığı evdən naməlum istiqamətə gedərək, itkin düşən 2006-cı il təvəllüdlü Nelli Ağayeva tapılaraq ailəsinə təhvil verilib.
Polis əməkdaşları tərəfindən azyaşlının valideynləri ilə profilaktiki söhbət aparılıb, onun üzərində nəzarətin artırılması tövsiyə olunub.
banner

Oxşar Xəbərlər