• cümə, 29 Mart, 00:14
  • Baku Bakı 7°C

Bakıda İslam ölkələri jurnalistlərinin konfransı keçiriləcək

20.07.16 11:33 960
Bakıda İslam ölkələri jurnalistlərinin konfransı keçiriləcək
"İslam Əməkdaşlığı Təşkilatına üzv Dövlətləri Jurnalistləri Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan gerçəklikləri və Qarabağın işğalı mövzusunda İslam Əməkdaşlığı Təşkilatı (İƏT) üzv dövlətləri jurnalistlərinin iştirakı ilə Dəyirmi masa və həmrəylik konfransının keçirilməsi” layihəsinin icrasına başlayıb. İB-dən verilən məlumata görə, layihə təkcə İslam deyil, bütün dünya ictimaiyyətinin müsəlman aləmində baş verən olaylar haqqında düzgün informasiya alması üçün İslam ölkələri jurnalistlərinin bir araya gətirilməsi zərurətindən bəhs edir.
Layihənin məqsədi İslam ölkələri jurnalistlərini Bakıda bir araya gətirmək, Azərbaycan gerçəkliklərini, Qarabağ konfliktinin həllində bəzi Qərb dairələrinin qeyri-obyektiv, ikili mövqelərinin Azərbaycanın hərbi və diplomatik uğurları nəticəsində ölkəmizin lehinə qismən dəyişdirilməsi və İslam dünyasında baş verən analoji hadisələr haqqında məlumatları daha ətraflı yaymaqdır.
Layihə çərçivəsində təşkilatın üç dildə fəaliyyət göstərəcək internet saytı yaradılacaq, İslam ölkələri jurnalistlərinin həmrəylik və təşkilatlanma konfransı keçiriləcək, Bakıdakı İslam ölkələri səfirliklərinin əməkdaşları ilə konfransa hazırlıq görüşləri və mətbuat attaşelərinin "Dəyirmi masa” müzakirələri baş tutacaq.
Üç aylıq layihə Bakı, Füzuli, Biləsuvar və Tərtər şəhərlərində keçiriləcək.
banner

Oxşar Xəbərlər