• cümə, 19 Aprel, 23:14
  • Baku Bakı 24°C

Bakıda "İslam həmrəyliyi - zamanın çağırışı" mövzusunda beynəlxalq konfrans keçirilir - Fotolar

15.03.17 12:15 544
Bakıda "İslam həmrəyliyi - zamanın çağırışı" mövzusunda beynəlxalq konfrans keçirilir - Fotolar
BakıdaQafqaz Müsəlmanları İdarəsi(QMİ),Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə"İslam həmrəyliyi - zamanın çağırışı" mövzusunda beynəlxalq konfrans keçirilir.
APA-nın məlumatına görə, konfransda 15 ölkədən 30-dək xarici qonaq,bir sıra müsəlman ölkələrinin səfirləri,din, elm və siyasət xadimləri iştirak edir.
Konfransı QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə açıb.
Tədbir Azərbaycanın dövlət himinin səsləndirilməsi, Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb. Daha sonra Azərbaycanda dini tolerantlıqla bağlı video çarx nümayiş olunub.







banner

Oxşar Xəbərlər