• cümə axşamı, 25 aprel, 13:38
  • Baku Bakı 23°C

Bakıda İran vətəndaşları saxlanıldılar

23.08.13 13:27 1434
Bakıda İran vətəndaşları saxlanıldılar
APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, avqustun 21-də Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində 3 naməlum şəxs əvvəlcə Mirsəid Əsədullayevə məxsus mağazaya gəlib ondan 710 dollar pul alıb, sonra isə Abasəli Əliyevə məxsus mağazaya gedib ondan da pul almağa cəhd göstərib və “Nissan-Sentra” markalı avtomaşında gediblər.
Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş İran İslam Respublikası vətəndaşları Xazaei Fereydun Mohammad Ebrahim oğlu, Faroxi Ali Mohammadqorban oğlu və Malayeri Mohammadhosseyn Mohammadali oğlu icarəyə götürərək idarə etdikləri “Nissan-Sentra” markalı avtomaşınla saxlanılıblar.
banner

Oxşar Xəbərlər