• cümə axşamı, 28 mart, 23:01
  • Baku Bakı 13°C

Bakıda İpək Yolu ölkələrinin mallarının V sərgisi keçiriləcək

11.06.19 15:15 597
Bakıda İpək Yolu ölkələrinin mallarının V sərgisi keçiriləcək
Azərbaycan Ticarət və Sənaye Palatası 5-7 iyul 2019-cu il tarixlərində Bakı İdman Sarayında (Bakı, Neftçilər prospekti, 26 A) keçiriləcək İpək Yolu ölkələrinin mallarının V sərgisinə dəvət edir.
Trend-in məlumatına görə, sərgidə Şansi, Anhoi, Hubey, SUAR və Çinin digər bölgələrindəki istehsalçıları təmsil olunacaqlar, 60-dan çox stend olacaq. Sərgi kənd təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ev tekstili, istehsal avadanlıqları, kənd təsərrüfatı və tikinti texnikası, məişət texnikası, məişət əşyaları və s. kimi sahələri əhatə edir.
Sərgidə Çin malları ilə tanış olmaq və Çindən yeni təchizatçıları tapmaq imkanına sahib olacaqsınız.
Sərginin təşkilatçısı Azərbaycan Ticarət və Sənaye Palatasıdır, icraçısı "Huahe İnterneşnl” Biznes Konsaltinq şirkətidir.
Sərgidə iştirak PULSUZDUR!
banner

Oxşar Xəbərlər