Bakıda iki yol təmirə bağlanıb
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 12:00-dan etibarən, Mikayıl Əliyev və Mehdi Abbasov küçələrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.