• cümə axşamı, 25 aprel, 10:11
  • Baku Bakı 14°C

Bakıda iki sərnişin avtobusu toqquşdu, yaralılar var

23.09.13 12:46 1157
Bakıda iki sərnişin avtobusu toqquşdu, yaralılar var
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb.
100 nömrəli xətt üzrə hərəkət edən “DAEWOO” markalı sərnişin avtobusu ilə 21 nömrəli xətt üzrə hərəkət edən “DAEWOO” markalı sərnişin avtobusu toqquşub.
Nəticədə 100 nömrəli xətt üzrə hərəkət edən avtobus “HYUNDAİ” markalı yük avtomobilinə çırpılıb. Hadisə zamanı 100 nömrəli sərnişin avtobusunda olan iki nəfər xəsarət alıb. Xəsarət alan hər iki sərnişin hadisə yerinə gələn təcili yardım avtomobilində tibbi yardım göstərilərək evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər