• cümə axşamı, 28 mart, 12:31
  • Baku Bakı 16°C

Bakıda iki nəfəri avtomobil vurub

22.11.20 09:30 496
Bakıda iki nəfəri avtomobil vurub
Bakının Binəqədi və Sabunçu rayonlarında yol-nəqliyyatı hadisələri baş verib.
APAxəbər verir ki, hadisə Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsində baş verib.
Belə ki, 1963-cü il təvəllüdlü Muradova Tahirə Yalın qızı yolu keçmək istəyərkən onu minik avtomobili vurub.
Digər bir hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində qeydə alınıb.
1988-ci il təvəllüdlü Səlimov Alim Bünyat oğlu yol kənarında dayanarkən onu avtomobil vurub.
Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
banner

Oxşar Xəbərlər