• cümə, 26 Aprel, 07:24
  • Baku Bakı 12°C

Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir

30.05.13 09:02 1765
Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir
Bu gün Bakıda "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başlayıb.
Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında çıxış edib.
AzərTAc xəbər verir ki, mayın 30-da Bakıda, Heydər Əliyev Mərkəzində “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” devizi altında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılışında iştirak etmişdir.
Forum iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev Forumun açılışında nitq söylədi.
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu rəsmi açılış mərasimindən sonra işini sessiyalarla davam etdirəcəkdir.
banner

Oxşar Xəbərlər