• cümə axşamı, 25 aprel, 07:52
  • Baku Bakı 14°C

Bakıda ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb

08.04.19 15:22 785
Bakıda ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb. Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Yevlax rayon sakini E.Qasımov avtobusda cibindən pulunun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Bəşirov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
banner

Oxşar Xəbərlər