AZE | RUS | ENG |

Bakıda “Hindistanın ən yaxşıları” adlı sərgi öz işinə başlayıb

Bakıda “Hindistanın ən yaxşıları” adlı sərgi öz işinə başlayıb
Bakı İdman Sarayında (Neftçilər prospekti 26a, Bakı, Azərbaycan) Hindistanın PHD Ticarət və Sənaye Palatası (PHDCCI) Hindistanın Bakıdakı səfirliyinin dəstəyi ilə "Hindistanın ən yaxşıları" - ən böyük eksklüziv Hindistan Məhsulları Ticarət Tədbiri"nin ikinci buraxılışı təşkil edilib.

Trend-in məlumatına görə, sərgi martın 17-ə qədər səhər saat 10.00-dan axşam saat 18.00-a kimi açıqdır.

Sərgi Hindistanın PHD Ticarət və Sənaye Palatası tərəfindən Hindistan səfirliyinin dəstəyi ilə təşkil olunur.

Xarici ölkələrdə keçirilən sərgilər Hindistan sənayesinin yüksək keyfiyyətli məhsullarını, müxtəlif sənaye sahələrinə aid xidmətlər və texnologiyaları davamlı şəkildə dünyaya təqdim edir.

"Hindistanın ən yaxşıları” - ən böyük eksklüziv Hindistan Məhsulları Ticarət Tədbirində elektrik & elektronika, velosiped, düyü, çay, ədviyyatlar, qablaşdırma, əczaçılıq, hədiyyələr & sənətkarlıq məhsulları, dəftərxana ləvazimatı, ev mebeli, tekstil & geyim, zinət əşyaları da daxil olmaqla yüksək keyfiyyətli məhsul və xidmətlər sərgiləyən 75 Hindistan şirkəti iştirak edir.

Bu sərgi Hindistan və Azərbaycan arasında mövcud olan qarşılıqlı biznes əməkdaşlığı çərçivəsində həyata keçirilir və Hindistan Höküməti Ticarət və Sənaye Nazirliyi tərəfindən dəstəklənir.

Biznes və ticarətdən əlavə tədbir həmçinin, mədəni tədbirlər, yemək və Bollivud festivalı və s. vasitəsilə "Hindistanın ən yaxşıları” sərgisinə öz töhfəsini verməklə zəngin Hindistan mədəni irsini əks etdirməyə çalışır.

Sərgiyə giriş sərbəstdir.

Hindistan və Azərbaycan arasında tarixi bağlar və inkişaf etməkdə olan ikitərəfli əməkdaşlığa əsaslanan yaxın dostluq münasibətləri mövcuddur. İki ölkə arasında enerji, əczaçılıq, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, elm və texnologiya, tekstil və geyim və təhsil kimi bir sıra sahələrdə artmaqda olan biznes və ticarət əlaqələri mövcuddur.

2017-ci ildə Hindistanın Azərbaycana ixracının həcmi 37 milyon dolları keçi. Hindistan və Azərbaycan arasındakı ümumi ikitərəfli ticarətin həcmi 463 milyon dollara çatıb. Azərbaycanın təcrübəli kadrları və tələbələrinə Hindistanın təhsil müəssisələrində bütün xərcləri qarşılanan təlim proqramları təklif edən Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) proqramı çərçivəsində Hindistan və Azərbaycan arasında potensialın artırılması istiqamətində də genişlənməkdə olan əməkdaşlıq mövcuddur.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779