• cümə, 29 Mart, 15:27
  • Baku Bakı 14°C

Bakıda Hindistan-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilib

26.10.16 15:04 866
Bakıda Hindistan-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilib
Bakıda Hindistan-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilib.

Hindistanın Azərbaycandakı səfirliyindənAPA-ya verilən məlumata görə, iclasda Hindistanı bu ölkənin Ticarət və Sənaye Nazirliyinin idarə rəisi Sunil Kumarın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

S. Kumar bildirib ki, Dehli Azərbaycan, İran, Hindistan və Rusiyanın birgə təsis etdiyi Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı üçün Azərbaycanın göstərdiyi səyləri qiymətləndirir. Onun sözlərinə görə, bu dəhliz regional iqtisadi və ticarət mübadilələrinə böyük təkan verəcək.

Hindistan səfiri Sanjay Rana isə Hindistan-Azərbaycan əlaqələrinindaha da gücləndiyini deyib. Onun sözlərinə görə, Hindistanla Azərbaycan arasında ikitərəfli ticarət 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz artıb: "Azərbaycan hökuməti qeyri-neft sektorununinkişafı məqsədilə addımlar atır. Hindistan şirkətləri kənd təsərrüfatı, sənaye, əczaçılıq və informasiya texnologiyaları kimi sahələrdə qeyri-neft sektorunun inkişafı üçün imkanlardan istifadə etməkdə maraqlıdırlar.Hindistanın əczaçılıq məhsulları və dərmanları münasib qiymətə əldə oluna biləcək yüksək keyfiyyətə malikdir. Hindistan dərmanlarının Azərbaycanda mövcudluğu hamıya qazanc gətirəcək”.

Görüşdən sonra S. Kumar və Azərbaycan energetika nazirinin müavini Gülməmməd Cavadov ticarət, sərmayə qoyuluşu, nəqliyyat, energetika, sənaye istehsalı, kənd təsərrüfatı, turizm, səhiyyə, əczaçılıq, təhsil və informasiya texnologiyası sahələrində əməkdaşlığın daha da genişləndirməsi məqsədilə Protokol imzalayıblar.
banner

Oxşar Xəbərlər