AZE | RUS | ENG |

Bakıda Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib - Yenilənib

Bakıda Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib - Yenilənib
Bakıda Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
 
APA-nın məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.
 
Dövlət başçısı mərasimdə nitq söyləyib.
 
Sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş "Qızıl çinar” beynəlxalq mükafatının 2018-ci il üzrə qalibləri elan olunub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli musiqi mədəniyyətimizin inkişafı və təbliği, Azərbaycan dirijorluq məktəbi ənənələrinin yüksək səviyyədə davam etdirilməsi istiqamətində göstərdiyi böyük xidmətlərə görə Azərbaycan Respublikasının Xalq Artisti, Dövlət Mükafatı, "Şöhrət”, "Şərəf” və "İstiqlal” ordenləri laureatı Rauf Abdullayevə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi xidmətlərinə görə Rusiyanın İTAR-TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Azərbaycan Respublikasının "Dostluq” və "Şöhrət” ordenləri laureatı Mixail Qusmana və Azərbaycan kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə görkəmli kinorejissor və ssenarist, Azərbaycan Respublikasının Xalq Artisti, "Şöhrət” və "Şərəf” ordenləri laureatı Eldar Quliyevə "Qızıl Çinar” beynəlxalq mükafatını təqdim edib.
Mərasim konsert proqramı ilə davam edib.








Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6953
GBP 1 İngilis funt sterlinqi 2.2810
TRY 1 Türk lirəsi 0.3570
KWD 1 Küveyt dinarı 5.6263
SEK 1 İsveç kronu 0.1954
EUR 1 Avro 2.0001
CHF 1 İsveçrə frankı 1.7127
USD 1 ABŞ dolları 1.7000