AZE | RUS | ENG |

Bakıda Həştərxan Biznes Mərkəzinin təməli qoyulub - Fotolar

Bakıda Həştərxan Biznes Mərkəzinin təməli qoyulub - Fotolar
Dekabrın 19-da Bakıda Həştərxan Biznes Mərkəzinin təməli qoyulub.

AZƏRTAC xəbər verir ki, təməlqoyma mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, digər rəsmi şəxslər, iş adamları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan ilə Həştərxan vilayəti arasında qədim ticari-iqtisadi və humanitar əlaqələr mövcuddur. Bu gün Bakıda təməlini qoyduğumuz Həştərxan Biznes Mərkəzi ölkələrimiz arasındakı əməkdaşlığın inkişafına yeni impuls verəcək.

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin qeyd edib ki, bu biznes mərkəzi ölkələrimiz, o cümlədən ayrı-ayrı regionlar arasında ticari-iqtisadi əlaqələrin möhkəmlənməsi işinə xidmət edəcək.

Həştərxanda da Azərbaycan Biznes Mərkəzinin inşa olunduğunu vurğulayan qubernator deyib ki, bu, vilayətdə logistik qovşağın yaradılmasına, iş adamlarımız arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcək.

Həştərxanda bir neçə layihənin reallaşmasına verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirən qubernator Aleksandr Jilkin başa çatmaqda olan 2017-ci ildə Rusiya ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsinin daha da artdığını və bu dinamikanın qarşıdan gələn ildə də davam edəcəyinə əminliyini vurğulayıb.

Sonra Bakıda Həştərxan Biznes Mərkəzinin təməli qoyulub.

Həştərxan Biznes Mərkəzinin ümumi sahəsi beş min kvadratmetrdən çox olacaq. Beş mərtəbədən ibarət olacaq bu çoxfunksiyalı binada sərgi-ticarət, konfrans, fitnes zalları fəaliyyət göstərəcək, ofis otaqları, mini otel yaradılacaq.
 









Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000