• cümə axşamı, 28 mart, 18:18
  • Baku Bakı 13°C

Bakıda hərəkətə mane olan taksi dayanacaqları ləğv edilir

21.08.18 14:00 708
Bakıda hərəkətə mane olan taksi dayanacaqları ləğv edilir
Hazırda Bakıda taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə bir neçə layihə üzərində iş aparılır.
Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev mətbuat konfransında deyib.
O qeyd edib ki, Bakı şəhərində yeni taksi dayanacaqları müəyyən edilir:"Çalışırıq ki, taksi dayanacaqlarının yerlərini elə müəyyən edək ki, həm sərnişinlər üçün rahat olsun, həm də hərəkətə mane olmasın".
M.Ağayev bildirib ki, Bakıda təqribən 180 taksi dayancağı var: "Hazırda hərəkətə mane olan taksi dayanacaqlarının yerlərinin müəyyən edilərək ləğv edilməsi işləri aparılır".

banner

Oxşar Xəbərlər