AZE | RUS | ENG |

"Bakıda hər şey çox yaxşıdır, təhlükəsizdir və heç bir təzyiq yoxdur"

Avropa Çempionatının iştirakçıları olan erməni əsilli gimnastlar təəssüratlarını bölüşüblər

Bakının ev sahibliyi etdiyi Aerobika Gimnastikası üzrə 11-ci Avropa Çempionatının iştirakçıları sırasında Rusiya təmsilçiləri olan erməni əsilli Qarsevan Canasyan və Duxik Canasyan da var.
Trend-in məlumatına görə, erməni əsilli gimnastlar bacı-qardaşdır. Bakıda açıqlama verən erməni əsilli idmançılar hər hansı bir təzyiqlə üzləşmədiklərini bildiriblər.
Qarsevan Canasyan deyib ki, Bakıda hər şey normaldır və tam təhlükəsizdir: "Hər şey çox yaxşıdır, təhlükəsizdir, bizi hər şey qane edir və heç bir təzyiq yoxdur. Bakı çox gözəl şəhərdir, insanlar çox ünsiyyətçil və həyatsevərdir".
Duxik Canasyan isə bildirib ki, tədbirin təşkilatçılığı yüksək səviyyədədir: "Təşkilatçılıq əladır, həm yarış şəraiti, həm də təhlükəsizlik baxımından. İdman zalı və məşq zalı mükəmməldir. Burada əsl idman atmosferi var. Yerli əhali çox mehribandır, müraciət edəndə hamı kömək etməyə çalışır".
Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ilk yarış günü start götürüb.
Yarışın birinci günündə gənc gimnastlar mübarizə aparırlar. Ertəsi gün isə qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaqlar. Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.
Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.
24-26 may tarixlərində keçirilən çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələri baş tutacaq.
Ölkəmizi çempionatda böyüklər arasında Elçin Məmmədov, Mədinə Mustafayeva, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, İmran İmranov, Nigar İbrahimbəyli, Akif Kərimli, gənclərin yarışında isə Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova təmsil edəcəklər.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9396
GEL 1 1 Gürcüstan larisi 0.6061
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1832
CHF 1 1 İsveçrə frankı 1.753
KWD 1 1 Küveyt dinarı 5.6058
TRY 1 1 Türkiyə lirəsi 0.2933