• cümə axşamı, 28 mart, 13:27
  • Baku Bakı 16°C

Bakıda hədə-qorxu yolu ilə pul tələb edən şəxs saxlanılıb

22.06.19 11:36 639
Bakıda hədə-qorxu yolu ilə pul tələb edən şəxs saxlanılıb
Bakıda hədə-qorxu yolu ilə pul tələb edən şəxs saxlanılıb. Bu barədə Trend-ə DİN Mətbuat Xidmətindən verilən məlumatda bildirilir.
Məlumata görə, iyunun 20-də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edən paytaxt sakini A.Qasımov 2018-ci il oktaybr ayının 15-də hədə-qorxu yolu ilə ondan 13.000 manat pul tələb edildiyini bildirib.
Müraciətlə əlaqədar Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini P.Kərimli A.Qasımovdan 1400 manat pul alarkən cinayət başında yaxalanmışdır.
P.Kərimli barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.
Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər