• şənbə, 20 Aprel, 06:34
  • Baku Bakı 14°C

Bakıda həbsxanada nikah mərasimi keçirildi

14.07.14 17:22 1044
Bakıda həbsxanada nikah mərasimi keçirildi
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”nin birgə hazırladıqları tədbirlər proqramı çərçivəsində cəzaçəkmə müəssisəsində nikah mərasimi keçirilib.
Penitensiar xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum İsmayılov Vüqar Qədir oğlunun və yaxınlarının müraciəti əsasında Penitensiar xidmətin rəhbərliyi onun nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaratmışdır. Bu gün təcridxananın inzibati binasında 4 saylı Bakı "AsanXidmət" mərkəzinin qeydiyyat şöbəsinin müdiri Rəşidə xanım Məmmədova tərəfindən İsmayılov Vüqar Qədir oğlunun vətəndaş İbrahimova Firəngiz Arazi qızı ilə nikahı qeydə alınıb.
Yeni ailə quran gənclər yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin və “ASAN” xidmətin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, bu nikah son vaxtlar cəzaçəkmə müəssisələrində rəsmiləşdirilmiş 3-cü evlilikdir.
banner

Oxşar Xəbərlər