• çərşənbə axşamı, 23 aprel, 16:16
  • Baku Bakı 24°C

Bakıda həbs edilən erməni əsilli şəxsin məhkəməsi davam etdirilib

26.04.17 14:20 1188
Bakıda həbs edilən erməni əsilli şəxsin məhkəməsi davam etdirilib
Bakıda həbs edilən Rusiya vətəndaşı, erməni əsilli Marat Ueldanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə qapalı keçirilən prosesdə prokuror ittiham aktını elan olunub.M. Ueldanov elan olunan ittiham üzrə özünü təqsirli bilməyib. O, narkotik istifadəçisi olmadığını deyib.
Sonra prosesdə şahidlər ifadə verib. Onlar ibtidai istintaqa verdiyi ifadəni təsdiqləyiblər.
Şahid qismində dindirilən Nicat Həsənov qeyd edib ki, M. Ueldonovla "Bulvar" oteldə birlikdə işləyiblər. Həmin vaxt M. Ueldanov tez-tez ona narkotik vasitələrdən istifadə etməyi təklif edib: "Mənə və digər iş yoldaşlarıma deyirdi ki, istəsək, narkotik vasitə təşkil edə bilər. Mən isə dedim ki, istəmirəm, bizim ölkədə narkotik qadağandır".
Proses aprelin 28-də davam etdiriləcək.
Qeyd edək ki, 2016-cı il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotiklərin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra Ermənistan mətbuatı və Rusiyadakı ermənipərəst KİV M. Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M. Ueldanov erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb.
banner

Oxşar Xəbərlər