• cümə, 29 Mart, 14:03
  • Baku Bakı 14°C

Bakıda havanın temperaturu yüksələcək

09.12.16 13:24 1092
Bakıda havanın temperaturu yüksələcək
Dekabrın 10-da Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər NazirliyindənLent.az-a verilən məlumata görə, sabah paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeronda gecə 0-3, gündüz 4-7, Bakıda gecə 0-2, gündüz 5-7° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sabah əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşama doğru bəzi cənub rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər