• cümə, 29 Mart, 10:11
  • Baku Bakı 5°C

Bakıda havada müşahidə olunan tozun miqdarı normadan 40% çoxdur

23.08.17 15:52 885
Bakıda havada müşahidə olunan tozun miqdarı normadan 40% çoxdur
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Nazirliyin mətbuat xidmətindənAPA-ya verilən xəbərə görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 23 avqust Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 15:00-da bir qədər də artaraq sanitar normadan 40 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, saat 12:00 da bu göstərici 32 faiz təşkil edib.
banner

Oxşar Xəbərlər