AZE | RUS | ENG |


Bakıda hava buludlu olacaq, arabir yağış yağacaq

Bakıda hava buludlu olacaq, arabir yağış yağacaq
Bakı və Abşeron yarımadasında yanvarın 13-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
 
Cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi  ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 2-4° isti, gündüz 8-11° isti, Bakıda gecə 2-4° isti, gündüz  8-10° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət  85-95 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman, bəzi şimal və şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6567
GBP 1 İngilis funt sterlinqi 2.1552
TRY 1 Türk lirəsi 0.4788
KWD 1 Küveyt dinarı 5.6845
SEK 1 İsveç kronu 0.1949
EUR 1 Avro 1.8425
CHF 1 İsveçrə frankı 1.7304
USD 1 ABŞ dolları 1.7352