• cümə axşamı, 28 mart, 16:50
  • Baku Bakı 16°C

Bakıda gözəllik salonundan oğurluq edən şəxs saxlanılıb

02.01.18 12:23 700
Bakıda gözəllik salonundan oğurluq edən şəxs saxlanılıb
Bakıda gözəllik salonundan oğurluq edən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 1-də saat 1 radələrində Nəsimi rayonu ərazisindəki gözəllik salonlarından birinə gəlmiş naməlum şəxs kassadan içərisində 5000 manat və müxtəlif kartlar olan pulqabını soyğunçuluq yolu ilə aparıb.
Aparılmış əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Ağadadaş Ağayev Nəsimi RPİ Post Patrul Xidməti Bölüyü və Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
banner

Oxşar Xəbərlər