• cümə, 26 Aprel, 14:11
  • Baku Bakı 23°C

Bakıda güclü partlayış: ölən və yaralananlar var Yenilənib

27.12.13 18:12 1503
Bakıda güclü partlayış: ölən və yaralananlar var Yenilənib
Bakının Biləcəri qəsəbəsindəki "Lokomotiv" idman kompleksinin qazanxanasında partlayış olub.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) Trend-ə bildiriblər ki, ilkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Bununla bağlı Stansiyaya saat 18:31-də çağırış edilib.
Dağıntılar altında bir neçə nəfərin qaldığı ehtimal olunur.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə məlumatı təsdiqləyiblər və bildiriblər ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunublar.
FHN hadisə ilə bağlı məlumat yayıb: "Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda "Lokomotiv" idman kompleksində partlayış hadisəsi baş verib. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Əlavə məlumat veriləcək".
"Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə bildiriblər ki, "Lokomotiv" İdman-Sağlamlıq Mərkəzi onların balansındadır: "Partlayış mərkəzin qazanxanasında baş verib və dağıntılar altında 1 nəfərin qaldığı ehtimal olunur".
BŞTTTYS-dən Trend-ə verilən məlumata görə, partlayış zamanı orada 3 nəfərin olduğunu bildiriblər: "Onlardan 1 nəfərin öldüyü, 1 nəfərin isə yaralandığı bəllidir. Daha bir nəfərin isə dağıntılar altında qalması ehtimal olunduğundan hazırda FHN-in əməkdaşları orada axtarış-xilasetmə işləri aparırlar.
----------
19:12
Bakıda güclü partlayış olub. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 1 ünvanında yerləşən “Lokomotiv” idman kompleksində qeydə alınıb.
İlkin məlumata görə, baş verən partlayış nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerində cəlb edilib.
Fövqəladə Hallar Nazirliyindən APA-ya bildirilib ki, baş verən hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
banner

Oxşar Xəbərlər