AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakıda gənc qızı rəfiqəsi bıçaqladı

Bakıda gənc qızı rəfiqəsi bıçaqladı

Kriminal
07 Mart 2013, 13:17 1787
Bu gün səhər saat 07:00 radələrində Bakının Nizami rayonunda 26 yaşlı qız bıçaqlanıb. Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsindən Anspress-ə verilən məlumata görə, Naxçıvanski küçəsi 18 ünvanında 1987-ci il təvəllüdlü Samirə Məmmədova bıçaqlanıb.

Qız ağır vəziyyətdə 3 saylı xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, qızı rəfiqəsi bıçaqlayıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.