• cümə axşamı, 25 aprel, 08:59
  • Baku Bakı 14°C

Bakıda gənc oğlan özünü körpüdən atmaq istədi

11.03.14 15:41 1668
Bakıda gənc oğlan özünü körpüdən atmaq istədi
Lent.az-ın məlumatına görə, 25-30 yaşlı şəxs körpünün üstündəki metal maneənin üstünə çıxaraq qışqırıb və özünü atacağını deyib. Hadisə yerinə gələn xilasedicilərin psixoloji müdaxiləsindən sonra intihar etmək istəyən şəxs fikrindən daşınıb.
Araşdırmalar nəticəsində məlum olub ki, körpüyə çıxan şəxs 1985-ci il təvəllüdlü Hüseynov Elşən Əlif oğludur. Onun barəsində Binəqədi rayon Polis İdarəsində araşdırma aparıldığı üzə çıxıb. E.Hüseynov ifadəsində bildirib ki, araşdırmaların obyektiv aparılmaması səbəbindən bu hərəkəti edib.
banner

Oxşar Xəbərlər