AZE | RUS | ENG |

Bakıda gecə saatlarında avtoxuliqanlıq edən sürücülər saxlanılıb

Bakıda gecə saatlarında avtoxuliqanlıq edən sürücülər saxlanılıb
Binəqədi rayonunda gecə saatlarında əhalinin dincliyini pozan, piyadalar üçün təhlükə yaradan, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən bir qrup sürücü Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, onların bir neçəsi 6-cı mikrorayon, Cavadxan küçəsində yerləşən parkın, digərləri həmin əraziyə yaxın küçələrdə aşkarlanaraq inzibati məsuliyyətə cəlb ediliblər.

Saxlanılan "Porsche" və "Niva” markalı avtomobillərdən qadağan olunmuş səs siqnalları, kustar üsulla hazırlanan tünd pərdələr aşkarlanıb. Həmçinin "Niva" markalı avtomobillərin yük yerlərindən nəqliyyat vasitələrinin ön hissələrinin yuxarı qalxması üçün istifadə edilən qum kisələri də aşkar edilib.

Qeyd edək ki, avtoxuliqanlıq edən sürücülər barəsində Binəqədi rayon DYPŞ-də toplanan meteriallar qərar qəbul edilməsi üçün məhkəmələrə göndərilib.

Bundan əlavə, Binəqədi rayon ərazisində yükdaşıma qaydalarını pozan, istismar müddətini başa vurmuş, həmçinin yükləri açıq şəkildə təhlükəli vəziyyətdə daşıyan 20-ə yaxın yük maşını da cərimə meydançasına yerləşdirilib. Araşdırma zamanı yük maşınlarını idarə edən şəxslərdən birinin sürücülük hüququnun 6 ay müddətinə məhdudlaşdırıldığı da məlum olub.

Kobud qayda pozan sürücülər inzibati qaydada məsuliyyətə cəlb edilməklə bərabər, polislər tərəfindən onlarla maarifləndirici söhbətlər də aparılıb, sükan arxasında məsuliyyətli olmağın vacibliyi vurğulanıb.

Binəqədi, eləcə də paytaxtın digər rayonlarında da analoji tədbirlər bundan sonra da davam etdiriləcək.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9254
GEL 1 1 Gürcüstan larisi 0.6403
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1261
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1872
CHF 1 1 İsveçrə frankı 1.7124
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.3170