• çərşənbə, 24 Aprel, 02:24
  • Baku Bakı 14°C

Bakıda gecə saatlarında ağır QƏZA - 4 yaralı

21.12.19 09:15 574
Bakıda gecə saatlarında ağır QƏZA - 4 yaralı
Bakıda bu saatlarda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, qəza Səbail rayonunda Azneft dairəsindən üzü Bayıl istiqamətinə gedən yolda qeydə alınıb. Hadisəyə "BMW" markalı avtomobilin yüksək sürətlə hərəkət etməsi səbəb olduğu deyilir. Belə ki, nəqliyyat vasitəsi Bayıl istiqamətində olarkən idarətməni itirərək əks yola çıxıb və "VAZ 2107" markalı avtomobil ilə toqquşub.
Toqquşmadan sonra "VAZ" əks yola çıxaraq "Naz Lifan"a çırpılıb. Hadisə nəticəsində 4 nəfərin yaralandığı deyilir.
Qeyd edək ki, qəza nəticəsində "BMW" markalı avtomobilin ön hissəsi alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.
banner

Oxşar Xəbərlər