• cümə, 19 Aprel, 05:24
  • Baku Bakı 18°C

Bakıda «Ford»un şüşəsini qırıb 20 min dollar apardılar

13.07.13 10:08 1337
Bakıda «Ford»un şüşəsini qırıb 20 min dollar apardılar
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 3-də paytaxtın Puşkin küçəsində qeydə alınıb. İmişli rayon sakini Natiq Qarayevə məxsus «Ford» markalı avtomobildən şüşəni sındırma yolu ilə 20 min ABŞ dolları oğurlanıb.
Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 22-ci Polis Bölməsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Nicat Quliyev idarə etdiyi «Mercedes» markalı avtomobillə Sumqayıt şəhərində iyulun 4-də tutulub.
Cinayətin digər iştirakçısı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Aqşin Əsədov isə iyulun 12-də yaxalanıb.
Onun üzərinə baxış keçirilərkən 13 qramdan artıq həşiş qətranı aşkar edilib.
banner

Oxşar Xəbərlər