• cümə, 26 Aprel, 19:42
  • Baku Bakı 22°C

Bakıda ev yanıb, ev sahibi yanaraq ölüb

02.05.17 09:10 1566
Bakıda ev yanıb, ev sahibi yanaraq ölüb
Bakıda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli, 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 20 m2 sahədə yanıb.
Yanğın kəşfiyyatı zamanı ev sahibi, 1941-ci il təvəllüdlü Aginin Oleq Dmitriyeviçin yanmış meyiti aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər